Haqqımızda

Advanced Geo Solitions şirkəti 2014-cü ildə gənc peşəkar mühəndislər tərəfindən Xəzər hövzəsinin  sürətlə artan tələbatını qarşılamaq üçün yaradılmışdır. Son illərin təhlili Xəzər dənizinin sahil rayonlarının böyük işlənmə və tədqiqat potensialının olduğunu və işlənməyə ehtiyacı olduğunu və orada ciddi neft və qaz ehtiyatlarının yerləşdiyini göstərdi. Bununla əlaqədar olaraq, xəzəryanı ölkələr tərəfindən Xəzər dənizi sahilinin dayaz sularında və keçid zonasında yataqların kəşfiyyatı və  işlənməsi üzrə bütöv bir layihə seriyası planlaşdırılmışdır və həyata keçirilir.

Şirkətimiz məhz həmin bu mürəkkəb, lakin eyni zamanda maraqlı bir sahədə çalışmağı seçmişdir. Bu seçim təsadüfi deyil, belə ki, şirkətin aparıcı mütəxəssisləri məhz bu spesifik sahədə zəngin iş təcrübəsinə malikdirlər. Biz neft kəşfiyyatı, limanların və digər dəniz infrastrukturunun tikintisi və inkişafı yönündə hidroqrafik, geofizik və geodeziya axtarışları ilə əlaqədar çoxsaylı layihələri həyata keçirmişik. Bizim quruda da həyata keçirdiyimiz bir çox layihələrimiz vardır. Bu qabaqcıl yüksək texnologiyaları tətbiq etməklə mürəkkəb mühəndis qurğularının tikintisinin topoqrafik çəkilişi, geodeziya monitorinqidir.  Advanced Geo Solitions şirkəti bu cür axtarışların həyata keçirilməsi üçün lazımi avadanlıqlara və müvafiq iş təcrübəsinə malikdir.

Şirkətin daim texniki tərəqqi ilə ayaqlaşmağa və beynəlxalq texnoloji səviyyəyə uyğun olmağa can atması bizi ən qabaqcıl mühəndis-tədqiqat avadanlıqları və proqram təminatı brendlərinin istehsalçılarının nümayəndəsi və distribyutoru olmamıza gətirib çıxardı. Bu TELEDYNE MARINE, MICROSURVEY, SCAN&GO, POINTCAB, DUTCH WORKBOATS və bir neçə digər məşhur istehsalçılardır. Advanced Geo Solitions şirkəti avadanlığın çatdırılması və sazlanmasından işçi heyətin öyrədilməsi və sonradan texniki xidmət göstərilməsinə qədər bütün xidmətləri əhatə edir.

Comments are closed.