Hazard Survey for SWAP 3D

2015-ci ilin dekabr ayından 2016-cı ilin noyabr ayınadək olan müddətdə Geokinetics və BP Azərbaycan üçün “Abşeron yarımadasının dayaz sularında 3D seysmik axtarışlar” layihəsi çərçivəsində sualtı obyektlərin aşkaredilməsi məqsəd ilə dəniz dibinin yan baxış sonarının köməyi ilə uğurlu geofiziki tədqiqi, onların xəritələnməs ivə birşüalı exolotla batimetrik çəkilişi həyata keçirilmişdir. Həmin layihə mürəkkəbliyi və miqyasına görə kifayət qədər unikal  layihədir.  Bundan əvvəl hələ heç vaxt Xəzər dədəniz dibinin bu qədər böyük sahəsinin total çəkilişinin həyata keçirilməsi məqsəd kimi qarşıya qoyulmamışdı. Layihənin ümumi sahəsi 1450 kv.km. yaxın olmuşdur. Hidrografik botlarla 3383 saat ərzində 28 000 kilometr yol keçilmişdir. Tapşırığın icrasının mürəkkəbliyi, sualtı və quruyan qayalar, dağılmış qazma platformalarının bünövrəsi şəklində çoxsaylı naviqasiya çətinliklərinin olmasında idi. Lahiyə zamanı 37 000 çox sualtı obyekti aşkar etmək və identifikasiya etmək mümkün olmuşdur. Layihənin suyun ekstremal dayazlığı şəraitində  yerinə yetirilməsidə onun yerinə yetirilməsini çətinləşdirirdi, beləki, çəkiliş suyun tamamilə sahildəki su səviyyəsində aparılırdı. Potensial risklərin effektli planlaşdırılması və sistematik təhlili həmin bu uzun müddətli layihə ərzində hər hansı xoşagəlməz hadisənin baş verməməsinə imkan yaratdı. İşlər on ay ərzində 24/7 rejimində aparılmışdır. Ən mürəkkəb naviqasiya və hava şəraitində aparılan uğurlu gecə çəkilişi texniki qərarların,HSE sisteminin effektliliyi və komandanın yüksək potensial səviyyəsini göstərdi.

Comments are closed.